BAKI, 10 mart. TELEQRAF

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, eləcə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub.

Qanuna əsasən, bir sıra maddələr ləğv edilir və terminoloji dəyişikliklər aparılır. Belə ki, “sosial sığorta nömrəsi” anlayışı “fərdi identifikasiya nömrəsi (FİN)” ilə əvəz olunur.

Bununla yanaşı, Əmək Məcəlləsində əmək müqaviləsinin nümunəvi forması ilə bağlı bəzi ifadələr çıxarılır və bir sıra maddələrdə redaktə xarakterli dəyişikliklər edilir.

Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.