BAKI, 10 mart. TELEQRAF
Prezident İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib.
Teleqraf xəbər verir ki, dəyişikliyə əsasən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.10-cu maddəsindən “III” rəqəmi çıxarılıb.
Qanun imzalandıqdan sonra qüvvəyə minir.