BAKI, 6 mart. TELEQRAF

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına uyğun olaraq qəbul edilib.

Sənədə əsasən, “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq olunub.