BAKI, 6 mart. TELEQRAF

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən qurumlarda nəqliyyat vasitələrindən istifadə qaydaları ilə bağlı qərarda dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları”na əlavələr edilib.

Qərara görə, fasiləsiz iş şəraitində fəaliyyət göstərən müəssisələrin avtomobilləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin nəqliyyat vasitələri də müvafiq normalara daxil edilib.