BAKI, 6 mart. TELEQRAF
Nazirlər Kabineti “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nı təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq qəbul edilib. Sənəd Azərbaycan Prezidenti tərəfindən 2025-ci il 15 oktyabr tarixində təsdiq edilmiş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi daşıyır.
Qərara əsasən, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi təhlükəsi ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması mexanizmləri müəyyən edilir.