XANKƏNDİ, 4 iyul. TELEQRAF

"Xankəndi görüşü bizim dostuluğumuzun bariz nümunəsinə çevrildi".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki bağlanış nitqində deyib.

Dövlət başçısı daha sonra əlavə edib:

"Əziz dostlar, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü başa çatır. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm. Əminəm ki, səsləndirilən təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək, fəaliyyətimizdə, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq. Hər üç forumun keçirilməsində ECO-nun baş katibi Əhməd Xana təşəkkür edirəm. Forumun iştirakçılarına təşəkkür edirəm".