LAÇIN, 2 iyul. TELEQRAF
"İran İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin qadınlarının iştirak etdiyi yüksək səviyyəli görüşə ev sahibliyi etmək istəyir".
Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azara Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "Dayanıqlı inkişafda qadınların rolu" adlı panel sessiyada deyib.
O bildirib ki, ölkəsi qadınların təhsilə çıxışının daha əlçatan olmasını dəstəkləyir.
"Təklif edirik ki, İƏT-in qadınlar üçün yaşıl fondu yaradılsın. Bununla bərabər, qadınların irəli sürdüyü layihələrə maliyyə dəstəyi üçün də ayrıca fond yaradılmasını istəyirik. Düşünürük ki, qadınların dəstəklənməsi vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verəcək".