BAKI, 21 fevral. TELEQRAF

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxs yaradılır.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fevralın 21-də fərman imzalayıb.

Fərmana əsasən, publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında yaradılır.

Prezidentin digər fərmanı ilə Dövlət Mülki Aviasiya Agentliyinin Nizamnaməsi də təsdiq olunub.