BAKI, 20 fevral. TELEQRAF

"Ümumilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə işləməkdən fəxr hissi keçirirəm".

Teleqraf xəbər verir ki, bunu keçmiş Baş nazir Artur Rəsi-zadə fevralın 20-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Əməyinə verdiyi qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Artur Rasi-zadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu deyib, Ümummilli Liderlə və Prezident İlham Əliyevlə uzun illər ərzində çalışmaqdan fəxr hissi keçirdiyini vurğulayıb. Artur Rasi-zadə Azərbaycan Prezidentinin tarixi hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və orada yeni həyatın başladığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.