
BAKI, 20 fevral. TELEQRAF
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasına yekun vurulub.
Teleqraf xəbər verir ki, tədbirdə 35 nümayəndə heyəti, o cümlədən, ümumilikdə 280-ə yaxın qonaq iştirak edib.
Sessiya çərçivəsində bir sıra məsələlər müzakirə olunub.
Həmçinin bildirilib ki, quruma 2026-2027-ci illər üçün Bəhreyn, 2027-2028-ci illər üçün isə İran sədrlik edəcək.
Plenar sessiya çərçivəsində yekun Bakı Bəyannaməsi qəbul edilib.