
Bakı, 20 fevral. TELEQRAF
Asiya Parlament Assambleyasının 15-ci sessiyasının komitə iclası çərçivəsində 15 qətnamə layihəsi təsdiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası çərçivəsində keçirilən iqtisadiyyat və dayanıqlı inkişaf daimi komitəsinin iclasında məlumat verilib.
Belə ki, qərar layihələri aşağıdakılardır:
1. Asiyada enerji bazarının yaradılması haqqında qətnamə layihəsi
2. Ətraf mühit layihələri üzrə qərar layihəsi
3. Maliyyə məsələləri: İqtisadi artım üçün səylərin təmin edilməsi haqqında qətnamə layihəsi
4. Yoxsulluğun aradan qaldırılması haqqında qətnamə layihəsi
5. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirməsinin dəstəklənməsi haqqında APA parlamentarilərinin rolu haqqında qətnamə layihəsi
6. Asiyada su və kanalizasiya haqqında qətnamə layihəsi
7. Asiya İqlim Maliyyə təşəbbüsü haqqında qətnamə layihəsi
Siyasi məsələlər daimi komitəsinin iclasında isə,
8. Yaxşı idarəetmə haqqında qətnamə layihəsi
9. Qanunu aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması haqqında qətnamə layihəsi
10.Müsbət parlament təcrübələri haqqında qətnamə layihəsi
11. Asiyada dostluq və əməkdaşlıq yolu ilə rifahın qurulmasına dair qətnamə layihəsi
12. Asiya Parlament və hökumətlərinin Asiyada tərəqqi naminə birlikdə olması haqqında qətnamə layihəsi
13.Demokratiya yolu ilə hormonik inkişaf haqqında qətnamə layihəsi
14. Asiya parlamentarilərinin Fələstin xalqına sarsılmaz dəstəyi haqqında qətnamə layihəsi
15. Çoxtərəfliliyi qorumaq və təşviq etmək üçün APA-nın üzvləri arasında əməkdaşlığı genişləndirilməsinə dair qətnamə layihəsi təsdiq edilib.
Məsələ qəbul olunaraq plenar sessiyaya tövsiyə olunub.