BAKI, 19 fevral. TELEQRAF

Asiya Parlament Assambleyasının 2025-ci üçün büdcə layihəsi qəbul olunub.

Teleqraf xəbər verir ki, bu barədə qərar Asiya Parlament Assambleyasının 15-ci sessiyası çərçivəsində keçirilən büdcə və planlaşdırma daimi komitəsinin iclasında qəbul edilib.

Qeyd olunub ki, cari il üçün üzv ölkələr təşkilata hər il minimum 22 min dollar, maksimum 50 min dollar pul ödəyəcək.

Təşkilatın ümumi büdcəsi 1 milyon dollar olaraq qəbul olunub.

Məsələ qurumun plenar sessiyasına müzakirəyə təklif edilərək, qəbul olunub.