
BAKI, 19 fevral. TELEQRAF
"Qloballaşma müxtəlif çağırışlar ortaya çıxarır. Bu gün televiziya, sosial media vasitəsilə hamı qarşılıqlı münasibətlərin tərkib hissinə çevrilir".
Teleqraf xəbər verir ki, bunu TBMM-in Kırklareli millət vəkili Vecdi Gündoğdu Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyası çərcivəsində Sosial və mədəni məsələlər daimi komitəsinin Milli Məclisdə keçirilən iclasında danışıb.
O bildirib ki, Qərb müsəlmanlara qarşı olan nifrət nitqinə son verilməlidir:
"Mədəni diversifikasiyanın vacibliyini vurğulamaq istəyirəm. Nifrət nitqi sülhün qarşısını alır. Qərbdə müsəlmanlara qarşı nifrət və təhqir aradan qaldırılmalıdır. Elə siyasət olmalıdır ki, hər kəs sülh şəraitində yaşamalıdır. Türkiyə APA-nın qadın parlamentarilər şurasını yaradılması təşəbbüsünü dəstəkləyir. Bütün sahələrdə əməkdaşlıq gücləndirilməlidir".