Bakı, 19 fevral. TELEQRAF

Asiya Parlament Assambleyası regionun ən böyük parlament təşkilatıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federal Məclisin Federasiya Şurasının üzvü Qennadiy Ordenov Asiya Parlament Assambleyasının 15-ci sessiyası çərçivəsində sosial və mədəni məsələlər daimi komitəsinin iclasında deyib.

"Bu gün parlamentlər beynəlxalq münasibətlərin sabitləşdirilməsində önəmli rol oynayırlar. Qarşılıqlı əlaqələr ölkələr arasında etimadı daha da artıra bilər. APA kimi təşkilatların bu məsələlərə töhfə verməsi önəmlidir. Parlamentarilər olaraq yeni çağırışlara reaksiya verməliyik. Dünya dəyişir. Rusiya APA çərçivəsində prosesə töhfə verməyə hazırdır", - deyə o bildirib.