BAKI, 19 fevral. TELEQRAF

Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasında Qərbi azərbaycanlıların problemi məsələsi müzakirə olunub.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı, APA Azərbaycan nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib.

O əlavə edib ki, APA çərçivəsində keçirilən son toplantıda 300 min məcburi köçkünün öz evlərinə qayıdışı ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Bildirilib ki, qurum bu istiqamətdə sülh və sabitlik siyasətini dəstəkləyir.