BAKI, 19 fevral. TELEQRAF
"Asiya Parlament Assambleyasının (APA) iclasında iştirak etmək mənim üçün çox qürurvericidir".
Bunu jurnalistlərə açıqlamasında Butan Milli Assambleyanın sədri Lunqten Dorci deyib.
O, ev sahibliyinə görə Azərbaycana təşəkür edib.
"Bu il APA-nın iclasında 22-yə yaxın ölkə iştirak edir. Bizim forumda iştirak edən ölkələrin fəxri spikerləri ilə qarşılıqlı əlaqə yaratmaq imkanımız oldu. Biz qitəmizə təsir edən vacib mövzularda müzakirələr apardıq. Bildiyiniz kimi, iqlim dəyişikliyi və geopolitik problemlərlə qarşılaşırıq. Bu forum təkcə Asiya üçün deyil, həm də dünya üçün olduqca əhəmiyyətlidir. Ona görə də forumda həm insanların rifahına, həm qanunvericiliyə, ümumilikdə ölkələri maraqlandıran hər şeyə diqqət ayrıb, müzakirə etməliyik. Hesab edirəm ki, problemlərin öhdəsindən gəlmək üçün biz birgə işləməliyik. Hazırda xeyli insanın məcburi köçkün olduğu bəzi bölgələrdəki münaqişələr kimi ciddi məsələlərdən danışmalıyıq", - deyə sədr bildirib.