BAKI, 19 fevral, TELEQRAF
"Qeyri-müəyyənliyi azaltmaq üçün beynəlxalq hüquqa əsaslanan yanaşmaya ehtiyacımız var".
Teleqraf xəbər verir ki, bunu Butan Milli Assambleyasının sədri Lunqten Dorci Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasındakı çıxışı zamanı deyib.
"Çoxsaylı böhranlar dövründə səfərbər olmalıyıq. Digər ölkələrlə rəqabətdə ola bilərik, amma dostcasına əməkdaşlıq etməliyik. Düzdür, milli maraqlarımız önəmlidir, ancaq ikitərəfli əməkdaşlıqları da diqqətdən kənara qoymamalıyıq. APA çərçivəsində aparılan müzakirələr Asiya ölkələri arasında konkret əməkdaşlığa çevrilə bilər. Parlament diplomatiyası qlobal problemlərin həllinə dəstək ola bilər. Qəzzada humanitar yardıma kömək etməliyik. Ukraynada sülhə töhfə verə bilərik. APA üzvlərinə çağırış edirəm ki, hər şeyi kənara qoyub, ikili əməkdaşlıqlara imza ataq", - deyə sədr bildirib.