BAKI, 19 fevral. TELEQRAF
"Qəzzada humanitar faciə baş verir".
Teleqraf xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) baş katibi Mohammad Reza Majidi qurumun 15-ci Plenar Sessiyasındakı çıxışı zamanı deyib.
Baş katib bildirib ki, Fələstin məsələsi qurumun daimi diqqətindədir:
"Son 15 ay ərzində İsrailin cinayətləri nəticəsində minlərlə uşaq və qadın qətlə yetirildi. Şəhərlər dağıdılıb. Bugünkü atəşkəs bizə ümid verir ki, daha müharibə olmayacaq. APA Fələstin məsələsini daim diqqətdə saxlayır".