Bakı, 15 fevral, TELEQRAF

Novruz və Ramazan bayramları ilə bağlı 12 gün qeyri-iş günü olacaq.

Teleqraf-ın xəbərinə görə, martın 20-dən 27-dək qeyri-iş günü idi.

Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.

29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.

Bununla da martın 20-dən aprelin 1-dək qeyri-iş günü hesab olunacaq.