BAKI, 11 fevral. TELEQRAF
Prezident İlham Əliyev Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş işlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.