BAKI, 16 sentyabr. TELEQRAF
“Böyük ehtimalla, Avropa İttifaqı (Aİ) Ermənistanı inteqrasiya məsələsində aldadacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər Nikol Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya istəyindən danışırıqsa, Aİ rəsmiləri aldada bilərlər və məncə, böyük ehtimalla aldadacaqlar. Mən Ermənistanın Avropa İttifaqına necə üzv ola biləcəyini görmürəm. Məsələn, Türkiyə və Serbiya artıq bir neçə onillikdir Avropa İttifaqına üzv olmaq üçün növbədədir”, - Rusiya XİN rəhbəri qeyd edib.