BAKI, 13 avqust. TELEQRAF
Ermənistan Baş nazir Nikol Paşinyanın qərarı ilə Alen Simonyan Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Teleqraf xəbər verir ki, bu postda o, bu gün Baş nazirin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Armen Qriqoryanı əvəzləyib.
Alen Simonyan 2021-2026-cı illərdə Ermənistan parlamentinin sədri olub. Armen Qriqoryan isə Təhlükəsizlik Şurasının katibi kimi 2018-ci ildən fəaliyyət göstərirdi.