BAKI, 3 avqust. TELEQRAF

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası II Qaregini bütün ermənilərin katolikosu kimi tanımır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Hasmik Akopyan deyib.

Deputat II Qareginin (Ktrix Nersisyan) yeni parlamentin ilk iclasına dəvət edilməməsi barədə danışarkən bildirib:

“Bizə Ktriç Nersisyanın (II Qareginin dünyəvi adı - red.) xeyir-duası lazım deyil, çünki onu katolikos kimi tanımırıq. Onu katolikosun taxtından uzaqlaşdırmaq bizim üçün vacibdir”.