BAKI, 30 iyun. TELEQRAF

Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcü naziri ziyarətində Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan müşayiət edib.

“Soyqırımı qurbanlarının xatirəsi”ni yad edən Sulxan Tamazaşvili qondarma abidə önünə əklil və gül dəstələri qoyub.