BAKI, 26 iyun. TELEQRAF
“Cənubi Qafqaz Azərbaycan və Ermənistan arasındakı razılaşmalardan sonra yeni - sülh və sabitlik dövrünə qədəm qoyub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda ABŞ-nin Müstəqillik Günü münasibətilə təşkil olunmuş tədbirdə deyib.
Ermənistan-ABŞ gündəliyindəki məsələlərlə yanaşı o, sülh prosesinə də diqqət çəkib:
“2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan birgə bəyannamə həm tərəflər, həm də bütün region üçün əhəmiyyətli təsirə malik mühüm mərhələyə çevrilib. Ermənistan, ümumilikdə bütün Cənubi Qafqaz ABŞ-nin fəal iştirakı ilə yeni - sülh və sabitlik dövrünə qədəm qoyub”.
Qriqoryan qeyd edib ki, digər razılaşmalarla bərabər bunu “Tramp marşrutu” üzrə Strateji Tərəfdaşlıq Çərçivə Sazişinin imzalanması da sübut edir: “Sülhün vacib təminatlarından biri olmaqla yanaşı, “Tramp marşrutu” həm də regional və qlobal nəqliyyat marşrutları üçün mühüm mərkəz rolunu oynayacaq”.