BAKI, 16 iyun. TELEQRAF
“ABŞ-İran sülh razılaşması “Tramp marşrutu” (TRIPP ) layihəsini daha da aktuallaşdırır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu, TRIPP layihəsini daha da aktuallaşdırır. TRIPP-in ən vacib xüsusiyyətlərindən biri Şərqdən Qərbə, eləcə də Şimaldan Cənuba və ya əksinə kommunikasiya yollarının açılmasıdır. Bu proses - TRIPP Bəsrə körfəzindən Qara dənizə kommunikasiya yollarını mütləq və birmənalı şəkildə açacaq”, - o bildirib.