BAKI, 12 iyun. TELEQRAF

“Gürcüstan hakimiyyəti Avropa İttifaqını (Aİ) bütün şantaj vasitələrindən məhrum etməyə müvəffəq olsaq da, bu dəfə bizi vizasız rejimin ləğvi ilə hədələyirlər”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Şantaj üçün bütün yolları faktiki olaraq bağlamışdıq. Avropa İttifaqının ancaq bir nəzəri aləti qalıb - liberal viza rejimi. Müəyyən qüvvələr bu alətdən Gürcüstan xalqına və dövlətimizə qarşı istifadə etməyə çalışırlar. Bu, səhv yanaşmadır. Biz ədalətli yanaşma istəyirik, bu, bizim Avropadakı tərəfdaşlarımıza mesajımızdır”, - Kobaxidze bildirib.