BAKI, 11 iyun. TELEQRAF
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl V. Sərkisyan və 7 nəfərə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açılmışdı.