BAKI, 10 iyun. TELEQRAF

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan İstintaq Komitəsinə çağırılaraq, yeddi illik cinayət işi üzrə dindirilib.

Teleqraf xəbər verir ki, bu barədə partiya sədrinin vəkili Emin Xaçaturyan məlumat verib.

Vəkil bildirib ki, Q. Sarukyan ittihamları rədd edir.

Xaçaturyan əlavə edib ki, müxalifət liderinə qarşı açılmış yeni iş yeddi il əvvəl baş vermiş hadisələrlə bağlıdır.

Ermənistan Baş Prokurorluğu iyunun 9-da Qaqik Sarukyana qarşı külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi açıldığını açıqlayıb. Partiya sədrinin ölkədən çıxışına qadağa qoyulub.