BAKI, 10 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimini qoruyub saxlamaq müqabilində rəsmi Tbilisidən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edir.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Spiker qeyd edib ki, Brüssel vizasız rejimi siyasi silaha çevirməyə çalışır:

"Onlar bizə deyirlər ki, vizasız rejimi saxlamaq istəyiriksə Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik. Bu isə bizim üçün intiharla məşğul olmaq, öz iqtisadiyyatımızı məhv etmək deməkdir. Əgər biz özümüzü dağıtsaq, Avropa İttifaqına vizasız kim gedəcək? Brüsselin təzyiqlərinə baxmayaraq, biz ölkəmizi iqtisadi böhrana salmayacağıq və dağıtmayacağıq".