BAKI, 9 iyun. TELEQRAF

İş adamı və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyana qarşı külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

“Prokuror Q.S.-yə qarşı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndi (Xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi açıb”, - Baş Prokurorluq bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.