BAKI, 5 iyun. TELEQRAF

“Rusiya Avropa İttifaqı (Aİ) və ABŞ-nin Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinin həlli prosesinə müdaxilə cəhdlərindən təəccüblənir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.

“Yumşaq desək, regiondan tamamilə kənarda olan ölkələrin və təşkilatların regional məsələlərimizin həllinə müdaxilə etməyə çalışması təəccüblüdür. Avropa İttifaqı və ABŞ-ni nəzərdə tuturam”, - o bildirib.