BAKI, 2 iyun. TELEQRAF
Ermənistan-Türkiyə yaxınlaşması Ankaranın regional təsirini gücləndirə və İrəvanın Rusiyadan asılılığını azalda bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Stratfor”un analitik təhlilində deyilir.
ABŞ analitikləri bildirirlər ki, son illərdə Ermənistan və Türkiyə uzun müddət davam edən gərginlikdən sonra, xüsusən də Azərbaycanın Qarabağda tam nəzarəti bərpa etməsi fonunda münasibətləri normallaşdırmağa çalışır. İrəvan da yeni reallığa uyğun olaraq, Rusiyadan daha böyük müstəqillik əldə etmək və Qərblə daha geniş siyasi, iqtisadi və hərbi əlaqələrin inkişaf etdirilməsini istəyir.
“Stratfor”a görə, Ermənistan-Türkiyə yaxınlaşması Ankaranın Avropa, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən əsas regional oyunçu kimi mövqeyini gücləndirə, eləcə də İranın təsirini zəiflədə bilər.
Ekspertlərin fikrincə, bu, Ermənistan üçün ticarət yollarının genişləndirilməsi, Qərb bazarlarına çıxış və xarici iqtisadi əlaqələrin şaxələndirilməsi demək ola bilər. Rusiyanın iki ölkə arasında münasibətlərin dərinləşdirilməsini məhdudlaşdıran əsas amillərdən biri olaraq qaldığı da vurğulanır. Ermənistanın Türkiyə və Qərblə həddindən artıq yaxınlaşması halında Moskvanın iqtisadi təsir vasitələrindən istifadə edə biləcəyi deyilir.
Qeyd olunur ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması Ermənistanın daxili siyasi proseslərindən və iyunun 7-də keçiriləcək parlament seçkilərin nəticələrindən asılı ola bilər.