BAKI, 2 iyun. TELEQRAF
Dünən gecə Ermənistanın Qafan şəhərində yerləşən hərbi hissələrdən birində asılmış əsgər cəsədi tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, əsgər Qarabağdan olub, gələn ilin yanvar ayında tərxis olunmalı idi, tezliklə 20 yaşı tamam olacaqdı.
Hadisənin təfərrüatları məlum deyil.