BAKI, 26 may. TELEQRAF

“Ermənistan Qarabağ münaqişəsi zamanı KTMT-dən kömək istəməyib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə deyib.

“KTMT müdafiə təşkilatıdır və əlbəttə, bütün qanuni sənədlərimizə uyğun olaraq, bizdən müdafiə tələb olunanda, ölkələrimiz hücuma məruz qalanda cavab veririk. Digər yandan, heç kim Ermənistana və ya onun ərazisinə hücum etməyib. Həmçinin Ermənistan bu münaqişədə kömək üçün müraciət etməyib”, - o bildirib.