BAKI, 25 may. TELEQRAF
“Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrindəki Rusiya işğalı ilə bağlı aydın mövqeyi var”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili deyib.
“Gürcüstan əraziləri Rusiya tərəfindən işğal edilib və Tbilisinin həm işğal, həm də Rusiyanın hərəkətləri ilə bağlı aydın mövqeyi var - istər siyasi səviyyədə, istərsə də Rusiyanın fəaliyyətləri üzrə beynəlxalq məhkəmələr səviyyəsində. İşğala son qoymaq üçün siyasi, iqtisadi və hüquqi baxımdan əlimizdən gələni edirik. Bundan kənar hər şey siyasi blefdir”, - Maxaşvili bildirib.