BAKI, 9 may. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülh artıq reallıqdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Bu gün mürəkkəb və qeyri-sabit geosiyasi mühitdə sülhü qorumaq, dövlətçiliyi möhkəmləndirmək və təhlükəsiz, demokratik və sabit Ermənistan quruculuğunu davam etdirmək hər zamankından daha vacibdir. Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh artıq reallıq olsa da, bu, həm də qayğı və diqqət tələb edir”, - spiker bildirib.