BAKI, 7 may. TELEQRAF
“ABŞ ilə münasibətlərimizdə yeni səhifə aça biləcəyimizə böyük ümidimiz var”.
Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze ABŞ Dövlət Departamenti nümayəndələrinin Gürcüstana səfəri ilə bağlı danışarkən deyib.
“Artıq Gürcüstanın münasibətlərə yeni səhifədən başlamağa hazır olduğu barədə çoxsaylı bəyanatlar vermişik. Bayden administrasiyasının münasibəti, bəyanatları, ondan eşitdiyimiz təhdidlər qəti şəkildə qəbuledilməz idi. Əlbəttə, bütün bu bəyanatlar yalan üzərində qurulmuşdu, böhtan idi. Prezident Tramp seçkilərdə qalib gələndə dərhal bəyan etdik ki, münasibətlər yeni səhifədən başlamalı və ən əsası, hər iki ölkənin maraqlarının qorunacağı və nəzərə alınacağı dostcasına tərəfdaşlıq olmalıdır. Bu gün də eyni mövqedəyik. Ümid edirik, münasibətlərə yeni səhifədən başlaya biləcəyik”, - Kaladze qeyd edib.