BAKI, 10 aprel. TELEQRAF
“Təəssüf ki, bütün məsələlər həll olunmayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən danışarkən deyib.
“Qalan məsələlərin həlli artıq bərqərar olmuş sülhü möhkəmləndirəcək. Azərbaycanla dialoqumuz davam edir”, - o, estoniyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə bildirib.
Mirzoyan qeyd edib ki, Estoniya xarici işlər naziri ilə İranda baş verən hadisələri müzakirə edib: “Həmçinin, dünyanın üzləşdiyi problemlər və mümkün həll yolları barədə fikir mübadiləsi aparmağa çalışdıq”.
Nazir həmçinin estoniyalı həmkarına Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün infrastrukturların açılması, TRIPP layihəsi və bu istiqamətdə davam edən işlər ilə bağlı məlumat verib.