BAKI, 24 mart. TELEQRAF

“Samvel Karapetyan və təsis etdiyi “Güclü Ermənistan” Partiyası ölkəmizə biznes layihəsi kimi yanaşır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker bu qüvvələrin Ermənistanı xarici ölkəyə satmaq istədiklərini bildiribş

“Ermənistan və vətəndaşları dollarla, avro ilə, hətta rublla satılmır. Bu layihənin baş tutmayacağı indidən bəllidir”, - Simonyan qeyd edib.