BAKI, 19 mart. TELEQRAF

Ermənistan Milli Politexnik Universitetinə Ağrı dağının təsviri olan loqotipin dəyişdirilməsi tapşırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, bu addım ölkədə dövlət və ictimai rəmzlərin yenidən nəzərdən keçirilməsi çərçivəsində atılıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın dövlət sərhədini keçərkən pasportlara vurulan ştamplardan da Ağrı dağının təsviri silinmişdi