BAKI, 9 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasda parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər.
İclasda regiondakı vəziyyət müzakirə olunub.
Baş nazirə əvvəllər verilən tapşırıqların icrasının təfərrüatları barədə məlumat verilib.