BAKI, 3 mart. TELEQRAF
Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun dövlət maraqlarının müdafiəsi ilə bağlı növbəti iddiasını təmin edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qərarla 2006-cı il martın 3-də Ermənistan Respublikasının adından həmin vaxt müdafiə naziri olan Serj Sərkisyanla qapalı səhmdar cəmiyyəti (QSC) arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılıb. Müqavilə İrəvan şəhərinin 0,17 hektar torpaq sahəsinə aiddir.
Müqavilənin etibarsızlığı nəticəsində qeyd olunan torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı nəzərə alınaraq, qərar qanuni qüvvəyə mindikdən sonra QSC-dən Ermənistan Respublikasının xeyrinə torpaq sahəsinin dəyəri məbləğində - 78 milyon 860 min dram vəsait müsadirə ediləcək.