BAKI, 17 dekabr. TELEQRAF
Ermənistan və Lüksemburq xarici işlər nazirləri Ararat Mirzoyan və Xavyer Bettel iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.
Həmsöhbətlər görüşdə Ermənistan və Lüksemburq arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiqləyərək, onun qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında inkişaf etdiyini vurğulayıblar.
Tərəflər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı məsələlərini və yeni, daha iddialı strateji gündəliyin həyata keçirilməsinə yönəlmiş mexanizmlərdən səmərəli istifadəni müzakirə ediblər.
Mirzoyan və Bettel regional proseslər barədə də fikir mübadiləsi aparıblar.