BAKI, 9 dekabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 9-10-da Almaniyaya rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial media hesabında yazıb.
Dekabrın 9-da Nikol Paşinyanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə görüşləri olacaq.
Ermənistan Baş naziri dekabrın 10-da Hamburqa yola düşəcək və orada bu vilayətin rəhbəri Peter Çençerlə görüş nəzərdə tutulub.