BAKI, 27 oktyabr. TELEQRAF
Ermənistanın Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyana qarşı yeni ittihamlar irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Aramayis Ayrapetyan məlumat verib.
Sentyabrın 16-23-də Ermənistanı Rusiya ilə “İttifaq Dövləti”ində birləşməyə çağıran V.Qukasyan barəsində yeni cinayət işi açılıb. Bu fikir Ermənistanın suverenliyindən imtinaya açıq çağırış kimi qiymətləndirilib.
Xatırladaq ki, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin həyata keçirdiyi genişmiqyaslı əməliyyat-istintaq tədbirləri və məxfi istintaq nəticəsində Gümrü meri oktyabrın 21-də 2 ay müddətinə həbs edilib. V.Qukasyan korrupsiya və rüşvət tələbetmədə təqsirləndirilir.