BAKI, 9 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Lüksemburq Baş naziri Luk Fridenlə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər Ermənistan-Lüksemburq münasibətlərinin gündəm məsələlərini müzakirə ediblər, ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar, Ermənistan-Avropa İttifaqı əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesinə də toxunub, regional sabitlik və əməkdaşlığı qeyd ediblər.