BAKI, 29 avqust. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı barədə açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.
“Bu gün Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə mühüm telefon danışığım oldu. Son hadisələrə və ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq strategiyasına uyğun olaraq, Ermənistan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasını müzakirə etdik”, - Mirzoyan qeyd edib.
***
15:33
Pakistan xarici işlər naziri Ararat Mirzoyan Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri özünün X səhifəsində yazıb.
“Bu gün Ararat Mirzoyanla səmimi telefon danışığım oldu. Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması məsələsini müzakirə etmək barədə razılığa gəldik”, - Pakistan rəsmisi qeyd edib.
Xatırladaq ki, Pakistan Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdiyinə görə bu ölkə ilə diplomatik əlaqələr qurmaqdan imtina etmişdi. İki ölkə arasında bütün sahələrdə əlaqələr sıfır həddindədir.