BAKI, 17 iyun. TELEQRAF

Azərbaycanla müharibə riski minimaldır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, bu risklərin tam neytrallaşdırılması üçün zəruri addımlar atılmalıdır.

Erməni rəsmisi qeyd edib ki, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün münaqişə ehtimallarının tamamilə aradan qaldırılması vacibdir.