BAKI, 4 iyun. TELEQRAF

“Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.

“Ermənistan-Azərbaycan sərhədində vəziyyəti nisbətən sabit qiymətləndirirəm”, - Baş Qərargah rəisi jurnalistin müvafiq sualına cavabında bildirib.

Evdard Asryan əlavə edib ki, son günlərdə sərhəd zonasında təxribat xarakterli fəaliyyətlər müşahidə olunmayıb.